Bakı 33˚C Sunny

"Azərbaycanın Türkiyə və İranla əlaqələri İsraillə əlaqələrə təsir etmir" - Səfir

Siyasət 19:19 02 dek, 2021

Bu sözləri İsrailin Azərbaycandakı səfiri Corc Dik söyləyib

"Azərbaycanın Türkiyə və İranla əlaqələri İsraillə əlaqələrə təsir etmir" - <span style="color:red">Səfir</span>

“İsraillə Türkiyə arasında diplomatik münasibətlər mövcuddur”.

Bunu Qazet.az-ın sualına cavab verən İsrailin Azərbaycandakı səfiri Corc Dik söyləyib.

Azərbaycanın Türkiyə, İran və Fələstinlə olan əlaqələrinin İsraillə əməkdaşlığa təsirinə toxunan səfir iki dövlət arasında heç bir problemin olmadığını bildirib: “Türkiyənin İsraildə səfirliyi var, niyə bu, Azərbaycanla münasibətə təsir etsin. Fələstinə gələndə İsrailin qonşu ölkəsidir. Biz istərdik ki, Fələstinlə münasibət yaxşılaşsın, orada olan insanlar üçün çalışırıq ki, yaxşı olsun. Həmçinin bunu İran xalqı üçün də istəyirik”.