Azərbaycanın valyuta ehtiyatları 53 milyard dolları keçdi
Cəmiyyət
20:39 17 sen, 2021
Məlumata görə, bu dövrdə Mərkəzi Bankın ehtiyatları 10,6% artaraq 7 milyard dollar üstələyib.
Azərbaycanın strateji valyuta ehtiyatları 8 ayda 4,8% və ya 2,4 milyard dollar artaraq 53,2 milyard dollar səviyyəsinə yüksəlib.
Qazet.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Məlumata görə, bu dövrdə Mərkəzi Bankın ehtiyatları 10,6% artaraq 7 milyard dollar üstələyib. Mərkəzi Bankın valyuta ehtiyatlarının artmasında Beynəlxalq Valyuta Fondu tərəfindən SDR-in (Xüsusi Borcalma Hüququ) bölüşdürülməsi zamanı kvota çərçivəsində Azərbaycana ayrılan vəsaitin ölkə hesabına daxil olması əhəmiyyətli rol oynayıb.