Bakı 8˚C Intermittent clouds

Azərbaycanın vitse-prezidentlərinə ömürlük diplomatik pasport veriləcək

Gündəm 15:26 13 dek, 2021

Qanuna dəyişiklik layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin toplantısında müzakirə edildikdən sonra plenar iclasa tövsiyə olunub

Azərbaycanın vitse-prezidentlərinə ömürlük diplomatik pasport veriləcək

"Pasportlar haqqında" qanuna dəyişiklik edilir.

Qazet.az-ın xəbərinə görə, dəyişikliklə diplomatik pasport veriləcək şəxslərin siyahısı genişləndirilir.

Belə ki, dəyişikliklə Xarici İşlər Nazirliyi tərəfindən öz vəzifələrinin icra etməyə başladıqdan ən geci 15 gün keçənədək Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə diplomatik pasport veriləcək.

Digər bir dəyişikliklə isə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə diplomatik pasport ömürlük veriləcək.

Qanuna dəyişiklik layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin toplantısında müzakirə edildikdən sonra plenar iclasa tövsiyə olunub.