Bakı 3˚C Mostly cloudy

Azərbaycanın xarici siyasətinin inkişaf istiqamətləri müzakirə olunub

Siyasət 18:30 11 fev, 2022

Ceyhun Bayramovun sədrliyi ilə nazirliyin kollegiya iclası keçirilib

Azərbaycanın xarici siyasətinin inkişaf istiqamətləri müzakirə olunub

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun sədrliyi ilə nazirliyin kollegiya iclası keçirilib.

Bu barədə Qazet.az-a XİN-dən məlumat verilib.

Bildirilib ki, iclasda kollegiya üzvləri xarici işlər nazirinin müavinləri, ADA Universitetinin rektoru, XİN-in Hüquqi Təminat İdarəsinin rəisi və Naxçıvan İdarəsinin rəisi iştirak ediblər.

İclasda Azərbaycanın xarici siyasətinin hazırkı durumu və inkişaf istiqamətləri, xarici dövlətlərlə ikitərəfli münasibətlər, o cümlədən cari ildə diplomatik əlaqələrin qurulmasının 30 illiyi ilə bağlı tədbirlərin təşkili, beynəlxalq təşkilatlar ilə əlaqələr, o cümlədən ölkəmizin Qoşulmama Hərəkatında, ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunda sədrliyi, eləcə də kadr məsələləri və digər mövzular müzakirə edilib.