Azərbaycanın XİN başçısı Türkiyəyə başsağlığ verib
Siyasət
14:00 22 may, 2022
Yaralılara Allahdan şəfa diləyirik
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə ağır yol qəzası ilə bağlı başsağlığı verib.
Qazet.az xəbər verir ki, başsağlığıda deyilir:
"Qardaş Türkiyədə Adanadan Konya istiqamətində tələbələri daşıyan avtobusun qəza törətməsi xəbəri bizi çox kədərləndirdi. Qəza nəticəsində həyatını itirənlərin ailə üzvlərinə və yaxınlarına başsağlığı bildirir, yaralılara Allahdan şəfa diləyirik".