Azərbaycanla BMT arasında bağlanmış saziş Milli Məclisin plenar iclasına tövsiyə edilib
Siyasət
17:43 22 sen, 2021
Toplantının gündəliyinə 1 məsələ daxil edilib
Bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclası keçirilib.
Qazet.az-ın xəbərinə görə, toplantının gündəliyinə 1 məsələ daxil edilib.
İclasda “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu arasında məktublar mübadiləsi formasında bağlanmış Sazişin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə edilib.