Bakı 6˚C Intermittent clouds

Azərbaycanla BMT arasında bağlanmış sazişin müddəti uzadılır

Siyasət 13:58 22 okt, 2021

Protokol Milli Məclisdə müzakirəyə çıxarılacaq

Azərbaycanla BMT arasında bağlanmış sazişin müddəti uzadılır

“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı haqqında" sazişin qüvvədəolma müddəti uzadılır.

Qazet.az-ın xəbərinə görə, 2015-ci il mayın 25-də imzalanmış sazişin qüvvədəolma müddəti tərəflərin saziş üzrə öhdəliklərinin yerinə yetirilməsinin davam etdirilməsi və başa çatdırılması məqsədilə 2021-ci il dekabrın 31-dək uzadılır.

Sazişin qüvvədəolma müddətinin uzadılmasına dair protokol Milli Məclisdə müzakirəyə çıxarılacaq.