Azərbaycanla BMT arasında bağlanmış sazişin müddəti uzadılır
Layihəyə əsasən sazişin qüvvədəolma müddəti uzadılır
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı haqqında” Sazişin qüvvədəolma müddətinin uzadılmasına dair Protokol”un təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
Qazet.az xəbər verir ki, layihəyə əsasən sazişin qüvvədəolma müddəti uzadılır.
Belə ki, 2015-ci il mayın 25-də imzalanmış sazişin qüvvədəolma müddəti tərəflərin saziş üzrə öhdəliklərinin yerinə yetirilməsinin davam etdirilməsi və başa çatdırılması məqsədilə 2021-ci il dekabrın 31-dək uzadılır.
Müzakirələrdən sonra sazişin qüvvədə olma müddətinin uzadılmasına dair layihə qəbul olunub.