Bakı 33˚C Sunny

"Azərbaycanla İsrail arasında olan münasibətlərə heç kim şərh verə bilməz" - İsrail səfiri

Siyasət 19:07 02 dek, 2021

İsrail Azərbaycanla qurduğu kimi münasibətləri hər ölkəyə qarşı qurmur

"Azərbaycanla İsrail arasında olan münasibətlərə heç kim şərh verə bilməz" - İsrail səfiri

“Biz çalışmışıq ki, İsraili daim Azərbaycanda dost və əməkdaş kimi görsünlər”.

Qazet.az xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik mətbuat konfransında söyləyib.

“İsrail Azərbaycanla qurduğu kimi münasibətləri hər ölkəyə qarşı qurmur. Cənab İlham Əliyev də bu yaxınlarda eyni fikri demişdi. Münasibətlərimiz iki ölkəyə aiddir. Bəzi şərhlər İrandan gəlir. Bir daha qeyd edim ki, bu, Azərbaycanın suveren münasibətidir və heç bir ölkə şərh edə bilməz”, deyə səfir bildirib.