Bakı 6˚C Intermittent clouds

Azərbaycanla Qətər arasında viza tələbi ləğv edilib

Siyasət 13:39 18 okt, 2021

Azərbaycan və Qətər XİN başçıları bu barədə saziş imzalayıb

Azərbaycanla Qətər arasında viza tələbi ləğv edilib

“Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında saziş” imzalanıb.

Qazet.az xəbər verir ki, sazişi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Qətərin Baş nazirinin müavini və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani imzalayıb.