Bakı 6˚C Showers

Azərbaycanlı əsirlərin İrəvanda öldürülməsi ilə bağlı ŞOK DETALLAR AÇIQLANDI - FOTO

Siyasət 16:08 31 okt, 2021

Əsirlikdə olan 23 nəfər azərbaycanlının hamısı Qırmızı Xaç cəmiyyətinin siyahısında yer alıbmış

Azərbaycanlı əsirlərin İrəvanda öldürülməsi ilə bağlı ŞOK DETALLAR AÇIQLANDI - FOTO

Azərbaycanlı əsirlərin 1994-cü ildə İrəvandakı xəstəxanalardan birində öldürülməsi ilə bağlı faktlar yayımlanıb.

Qazet.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı detalları sosial şəbəkə istifadəçilərindən biri öz profilində paylaşıb.

Onun bildirdiyinə görə, həmin vaxt əsirlikdə olan 23 nəfər azərbaycanlının hamısı Qırmızı Xaç cəmiyyətinin siyahısında yer alıbmış. Ona görə də ermənilər məcbur qalaraq öldürülən 8 nəfərin nəşlərini Azərbaycana təhvil verməli olmuşdular.

Onlar iddia edirdilər ki, sözügedən şəxslər guya qaçış zamanı öldürülmüşdü. Ancaq Böyük Britaniyanın Dandi Universitetinin pataloqu Derrik Paunder bu iddiaları təkzib edən faktları sadalayıb.

O bildirib ki, öldürülənlərin üzərində işgəncə izləri var idi. Onların altısı birbaşa başlarından atəş açılaraq öldürülmüşdü. Öldürülən üç nəfərlə bağlı təkzibedilməz dəllilər isə ondan ibarət idi ki, tapançanın lüləsi onların başlarına dirəndikdən sonra atəş açılmışdı. Əsgərlərdən biri isə yaxın məsafədən sinəsinə atəş açılaraq öldürülmüşdü.