Bakı 21˚C Sunny

Azərbaycanlı güləşçi İran çempionatının qalibi olub

İdman 18:15 09 dek, 2021

Eldəniz Əzizli 2018 və 2019-cu illərdə də İran çempionu olub.

Azərbaycanlı güləşçi İran çempionatının qalibi olub

Azərbaycanın yunan-Roma güləşçisi, dünya və Avropa çempionu Eldəniz Əzizli növbəti dəfə İran çempionu olub.

Qazet.az xəbər verir ki, bu barədə Oxu.az-a idmançının özü bildirib: “Bu ildən çıxış etdiyim Mazandaranın “Fəza” komandası ilə İran çempionatında mübarizə apardım. Mən 2 görüş keçirdim. Sonda komandamız turnirin qalibi oldu”.

O, Tehranda klublararası dünya çempionatının baş tutmamasını isə belə əsaslandırıb:

“Pandemiyaya görə dünya çempionatı bu dəfə baş tutmadı. Xarici ölkələrin komandaları İrana gəlmədi”.

Qeyd edək ki, Eldəniz Əzizli 2018 və 2019-cu illərdə də İran çempionu olub.