Azərbaycanlı hakim ÇL matçını idarə etdi
İdman
09:38 03 noy, 2022
Azərbaycanın FİFA referisi Əliyar Ağayev ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinin oyununu idarə edib.
Qazet.az xəbər verir ki, Ağayev "Kopenhagen" (Danimarka) - "Borussiya" (Dortmund) matçının baş hakimi olub.
1:1 hesablı heç-heçə ilə başa çatan görüşdə Əliyar Ağayev futbolçulara 4 sarı vərəqə göstərib. O, meydan sahiblərindən Denis Vavro və Lukas Leragerə, qonaqlardan isə Antonio Modesto ilə Emre Cana rəsmi xəbərdarlıq edib.
Qeyd edək ki, bu oyunda Əliyar Ağayevə Zeynal Zeynalov və Akif Əmrəli laynsmanlar qismində yardımçı olub. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirib.