Azərbaycanlı hakimlər Türkiyədəki VAR seminarında iştirak edir
İdman
14:42 30 noy, 2021
Keçirilməsi planlaşdırılan seminar dekabrın 2-dək davam edəcək

AFFA və Türkiyə Futbol Federasiyası (TFF) arasındakı qarşılıqlı əməkdaşlıq çərçivəsində İstanbul şəhərində VAR (Video Köməkçi Hakim) protokolu ilə bağlı növbəti seminar keçirilir.
Qazet.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki,TFF-nin Rivadakı təlim-məşq mərkəzində təşkil olunan seminarda Azərbaycan Premyer Liqasının və I Divizionun oyunlarına təyinat alan baş hakimlər və hakim köməkçiləri (28 nəfər) iştirak edir.
Qeyd edək ki, seminar dekabrın 2-dək davam edəcək.