Bakı 21˚C Showers

Azərbaycanlı idmançı Almaniyada gümüş medal qazandı

İdman 16:31 09 okt, 2021

Xanım Baxışova ciu-citsu üzrə 18 və 21 yaşlı idmançılar arasında keçirilən Avropa çempionatında uğurlu çıxışla yadda qalıb

Azərbaycanlı idmançı Almaniyada gümüş medal qazandı

Almaniyada yaşayan həmvətənimiz Xanım Baxışova ciu-citsu üzrə 18 və 21 yaşlı idmançılar arasında keçirilən Avropa çempionatında uğurlu çıxışla yadda qalıb.

Azərbaycan Ciu-Citsu Federasiyasından Qazet.az-a verilən məlumata görə yaşadığı ölkəni təmsil edən gənc idmançımız yarışın gümüş medalına yiyələnib.

Avropa çempionatı Almaniyanın Maintal şəhərində keçirilib.