Azərbaycanlı jurnalist Laçın şəhərinə və Zabux kəndinə getdi - REPORTAJ+VİDEO
Azərbaycanlı jurnalist Laçın şəhərində reportaj hazırladı
Azərbaycanlı jurnalist Eynulla Fətullayev Laçın şəhərinə və Zabux kəndinə gedərək reportaj hazırlayıb.
Rusiya sülhməramlılarının iştirakı ilə baş tutan reportajda baş redaktor erməni qüvvələrinin Laçın şəhərindən və Zabux kəndindən çıxarılması ilə bağlı sözügedən hadisə ətraflı şəkildə göstərilib.
Azərbaycan tərəfi yeni dəhlizin ölkəmiz tərəfindən keçən hissəsinə aid yolun inşasını yekunlaşdırıb.
Qeyd edək ki, avqustun 10-dan Laçın korridorunda baş verən Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında gərginlik Zabux kəndinin və Laçın şəhərinin ermənilər tərəfindən 20 gün ərzində boşaldılacağı ilə bağlı qərar qəbul etməsinə səbəb olub.
Bəs hazırda Laçında, Zabux və Sus kəndlərində nə baş verir?
Qazet.az jurnalist Eynulla Fətullayevin reportajını təqdim edir: