Azərbaycanlı kinorejissorun filmi "Tokyo Beynәlxalq Film Festivalı"nda -FOTO
Yaponiyada rəsmi olaraq təsdiqlənən yeganə film festivalıdır.
Hilal Baydarovun yeni filmi Tokyo Beynәlxalq Film Festivalında dünya premyerasını edәcәk.
Qazet.az xəbər verir ki, festival 30 oktyabr - 8 noyabr tarixlәri arasında baş tutacaq. Jüri rәhbәri isə Fransız teatr, kino və televiziya aktrisası Isabelle Anne Madeleine Huppert olacaq. Festivalda azərbaycanlı kinorejissorun “Grane Lantern” filmi nümayiş olunacaq.
Hilal Baydarov 1987-ci ildə Bakıda anadan olub. Kino dərslərini macar rejissor Bela Tarrdan alıb. Onun debüt filmi 2018-ci ildə - yayımlanan "Adsız yüksəkliklər"dir. Filmin premyerası Monreal film festivalında olub. Eyni ildə, Hilal Sarayevo film festivalında "Ad günü" filmi ilə iştirak edib və Docu Talent mükafatını qazanıb.
Qeyd edək ki, Tokyo Beynəlxalq Film Festivalı, hər il oktyabr ayında keçirilən bir film festivaldır. Bu tarixi hadisə 1985-ci ildə ilk dəfə keçirildi və Beynəlxalq Film İstehsalçıları Dərnəkləri Federasiyası (FR. Federasiya International des Associations de Producteurs de Films, FIAPF) tərəfindən təsdiq edildi. Yaponiyada rəsmi olaraq təsdiqlənən yeganə film festivalıdır.