Bakı 15˚C Sunny

Azərbaycanlı “Lord” hakimlərə etiraz olaraq rinqi tərk etdi - VİDEO

İdman 20:14 23 okt, 2021

Kikboksinq üzrə İtaliyanın Yezolo şəhərində keçirilən dünya çempionatı başa çatıb

Azərbaycanlı “Lord” hakimlərə etiraz olaraq rinqi tərk etdi - VİDEO

Kikboksinq üzrə İtaliyanın Yezolo şəhərində keçirilən dünya çempionatı başa çatıb.

Qazet.az-ın xəbərinə görə, peşəkar kikboksinqdə “Lord” ləqəbi ilə tanınan Ramal Aslanov finalda uduzaraq ardıcıl ikinci dəfə dünya çempionu ola bilməyib və gümüş medalla kifayətlənib.

O, finalda türkiyəli Nazım Hikmətə üçüncü raundda 1:2 hesabı ilə uduzub. Azərbaycan Kikboksinq Federasiyasının I vitse-prezidenti olan Ramalın son saniyələrdə vurduğu zərbə xal kimi nəzərə alınmadığından, idmançımız məğlubiyyəti qəbul etməyib. O, hakimlərə etiraz edərək rinqi tərk edib.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın 8 kikboksçusu medal qazanıb. Eduard Məmmədov veteranlarda, digər 7 kikboksçumuz isə senyorlarda (böyüklər arasında) (1 qızıl, 3 gümüş, 3 bürünc medal) medal qazanıb.