Bakı 18˚C Hazy sunshine

Azərbaycanlı məktəblilər həbs edildilər - FOTO

Gündəm 15:10 24 okt, 2022
Azərbaycanlı məktəblilər həbs edildilər - FOTO

İranın hökumət qüvvələri Binab şəhərində Cənubi azərbaycanlı üç məktəblini həbs ediblər.

Qazet.az xəbər verir ki, bu barədə "Azad İran” "Telegram” kanalı məlumat yayıb.

Məktəblilər Əşkan Cavidfər, Əli Vəliməhəmmədi və Araz Bədii molla rejiminin təhlükəsizlik orqanları tərəfindən saxlanılıblar.

Hələlik məktəblilərin hansı səbəbə görə tutulduğu və harada saxlanıldıqları barədə məlumat verilmir.

Xatırladaq ki, İran rejimi ölkədə kütləvi etirazlar başlayandan bir neçə məktəblini güllələyib və çox sayda şagirdi həbs edib.