Bakı 18˚C Windy

Azərbaycanlı məşqçi həbs edildi

Gündəm 17:20 23 okt, 2021

Azərbaycan vətəndaşı Qurban Əliyev 4 il müddətinə azadlıqdan məhrum edilib.

Azərbaycanlı məşqçi həbs edildi

Gürcüstanda seksual xarakterli zorakılıqda ittiham olunan Azərbaycan vətəndaşı Qurban Əliyev 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qazet.az xəbər verir ki, bu barədə qərarı Tbilisi Şəhər Məhkəməsi qəbul edib.

Q.Əliyevin vəkili, Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının təsisçisi Əli Bədirov müdafiə etdiyi şəxsə böhtan atıldığını bildirib. O, məhkəmə qərarından Appelyasiya Məhkəməsinə şikayət veriləcəyini deyib.

Q.Əliyev yeniyetmələrdən ibarət "Marneuli" futbol komandasının məşqçisidir. (Sportinfo.az)