Bakı 7˚C Showers

Azərbaycanlı müğənninin beyninə qan sızdı - FOTO

Maraqlı 14:29 13 noy, 2021

Pərviz Mahmudovun səhhətində problem yaranıb

Azərbaycanlı müğənninin beyninə qan sızdı - FOTO

Bəstəkar-müğənni Pərviz Mahmudovun səhhətində problem yaranıb.

Qazet.az xəbər verir ki, bu barədə Olay.az-a onun ailə üzvləri məlumat verib.

Bildirilib ki, sənətçinin bir neçə gün əvvəl beyninə qan sızıb və xəstəxanaya aparılıb. Pərviz hazırda "Leyla Medical”ın reanimasiya şöbəsindədir. Vəziyyəti orta ağır qiymətləndirilir.

Qeyd edək ki, 38 yaşlı bəstəkar Aygün Kazımova, Röya Ayxan, Brilliant Dadaşova, Sevda Yahyayeva kimi sənətçilərə mahnılar bəstələyib. Evlidir, 2 övladı var.