Azərbaycanlı qadın İnterpola verildi
Hadisə
13:54 11 yan, 2022
Onun saxlanılması üçün qırmızı bülletenlə İnterpola müraciət edilib
Azərbaycan hüquq-mühafizə orqanları insan alverində təqsirləndirilən qadını beynəlxalq axtarışa verib.
Qazet.az xəbər verir ki, bu barədə İnterpol məlumat yayıb.
Bildirilib ki, 1984-cü ildə anadan olan Azərbaycan vətəndaşı Leyla Əliyeva insan alverində təqsirləndirilir.
Onun saxlanılması üçün qırmızı bülletenlə İnterpola müraciət edilib.
Azərbaycan məhkəmələri tərəfindən L. Əliyeva təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində dövlətlərarası axtarış elan olunub.