Bakı 1˚C Showers

Azərbaycanlı qapıçı Fransada komandasının "ən yaxşı"sı seçildi

İdman 12:05 22 noy, 2021

Eldar Tağızadə Fransanın “Klermon” klubunun U-19 komandasında oyunun ən yaxşısı seçilib

Azərbaycanlı qapıçı Fransada komandasının "ən yaxşı"sı seçildi

Azərbaycanlı qapıçı Eldar Tağızadə Fransanın “Klermon” klubunun U-19 komandasında növbəti matçına çıxıb.

Qazet.az xəbər verir ki, qolkiperin formasını geyindiyi kollektiv gənclər arasında çempionatın 12-ci turu çərçivəsində “Paris”i qəbul edib.

Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Start “11-lik”də yer alan və sonadək oynayan Eldar isə bu görüşdə komandasının ən yaxşı futbolçusu seçilib.

Mənbə