Bakı 27˚C Mostly cloudy

Azərbaycanlı “Tank” 12 döyüşdə uduzmayan rəqibini 45 saniyəyə məğlub etdi – VİDEO

İdman 02:30 31 okt, 2021

“Tank” ləqəbli azərbaycanlı MMA idmançısı Tahir Abdullayev növbəti qələbəsini qazanıb

Azərbaycanlı “Tank” 12 döyüşdə uduzmayan rəqibini 45 saniyəyə məğlub etdi <span style="color:red">– VİDEO</span>

“Tank” ləqəbli azərbaycanlı MMA idmançısı Tahir Abdullayev növbəti qələbəsini qazanıb.

Qazet.az-ın xəbərinə görə, o, BƏƏ-nin paytaxtı Əbu Dabidə keçirilən “UAE Warriors-24” turnirində Polşadan olan Daniel Skibinski ilə qarşılaşıb.

Tahir 12 döyüşdür ki, rəqiblərinə qalib gələn polyak idmançını 45 saniyəyə yerə yıxıb. Bundan sonra hakim “Ciu Citsu Arena”da keçirilən görüşü idmançımızın xeyrinə saxlamalı olub. Bununla da Daniel Skibinski karyerasında 6-cı məğlubiyyətlə üzləşib.

 

Qeyd edək ki, bu, 24 yaşlı Tahir Abdullayevin ümumilikdə 12-ci, ardıcıl 5-ci qələbəsi olub. O, karyerasında cəmi 1 dəfə məğlub olub.