Bakı 24˚C Partly sunny

Azərbaycanlı yanğınsöndürənlərin alovla mübarizəsi - ANBAAN VİDEO

Gündəm 15:29 21 dek, 2021

Ötən sutka ərzində 20 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib

Azərbaycanlı yanğınsöndürənlərin alovla mübarizəsi -<span style="color:red"> ANBAAN VİDEO</span>

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Qazet.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 20 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 4 nəfər xilas edilib. Həmçinin, Mingəçevir şəhərində yaşayış binasının 3-cü mərtəbəsində baş vermiş yanğın zamanı tüstüdən boğulmuş 1940-cı il təvəllüdlü Sərxanov Tofiq Şahlar oğlunun və İsmayıllı rayonunun Zərgəran kəndində torpaq uçqunu altında qalmış 1967-ci il təvəllüdlü Əliyev Vahid Dursunəli oğlunun meyitləri çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.