“Azərbaycanlılar Ağdamı Londona çevirməyi planlaşdırırlar” - Məşhur rus bloqer
Məşhur rus bloqer Ağdamın abadlaşdırılmasından danışıb

Məşhur rusiyalı bloqer Artyomi Lebedev Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edib.
Qazet.az xəbər verir ki, bu barədə o, instaqram səhifəsində bildirib.
Ağdamdan fotolar paylaşan bloqer bunları yazıb:
“Azərbaycanlılar ruh şəhəri Londona çevirməyi planlaşdırırlar. Bir yerdə ərazi minalardan təmizlənir, digər yerdə artıq tikinti kranı dayanıb”.

A.Lebedev, həmçinin ərazilərin minalardan təmizlənmə işlərini əks etdirən kadrlarla bölüşüb.

Bundan başqa, bloqer Füzuliyə ilk sınaq kommersiya uçuşundan yazıb.
“Burada artıq yeni aeroport tikməyi çatdırıblar”, - o, təəccüblənib.

Daha sonra Şuşaya gedən A. Lebedev burada 11 il əvvəl olduğunu xatırlayıb:
“Bu gün bu, (Şuşa-red.) müharibədən sonrakı şəhərdir”. /Qafqazinfo.az

