Bakı 16˚C Partly sunny w/ showers

Azərbaycanlılar İran pasportu ilə gəlir - Ermənilər panikada

Gündəm 01:29 18 sen, 2021

Məsələ ilə bağlı artıq separatçı-terrorçular “araşdırma” apardıqlarını, belə bir faktın olmadığını bəyan ediblər.

Azərbaycanlılar İran pasportu ilə gəlir - Ermənilər panikada

Azərbaycanın Qarabağ iqtisadi zonasının rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında yerləşdirilən ermənilər üçün mənzil tikintisi aparan iranlıların içərisində azərbaycanlıların olduğu haqda iddia yayılıb.

Axar.az xəbər verir ki, bu barədə erməni mediası və sosial şəbəkə istifadəçiləri həyəcanla məlumat paylaşıblar. Onlar iddia ediblər ki, Azərbaycan vətəndaşı olan xüsusi şəxslər İran pasportu ilə bu tikintilərdə çalışır və məlumat toplayırlar.

Məsələ ilə bağlı artıq separatçı-terrorçular “araşdırma” apardıqlarını, belə bir faktın olmadığını bəyan ediblər.

Ancaq separatçı-terrorçuların yaydığı məlumatda bir fakt xüsusi diqqət çəkib. Belə ki, onlar Qarabağın rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasındakı aparılan inşaat işlərində əcnəbi vətəndaşların olduğunu təsdiqləyiblər.

 Əlavə edək ki, bu gün İranın Xocalı rayonunda separatçılar üçün mənzillər tikdiyi haqda məlumatı da erməni mediası yayıb. Bu isə İranın Qarabağda qanunsuz olaraq fəaliyyət göstərdiyinə dair daha bir faktdır.