Bakı -2˚C Windy

Azərbaycanlılar Türkiyədən ev almağa davam edir - Türkiyədə devalvasiya

Gündəm 13:25 14 okt, 2021

Azərbaycanlılar Türkiyədə 2016-da 610 mənzil  2020-ci ildə 1279 mənzil alıblar

Azərbaycanlılar Türkiyədən ev almağa davam edir - <span style="color:red">Türkiyədə devalvasiya</span>

Bu ilin yanvar-sentyabr aylarında (9 ay ərzində) azərbaycanlılar Türkiyədə 1020 mənzil alıblar. Keçən ilin eyni dövründə azərbaycanlılar Türkiyədə 883 mənzil almışdılar. Təkcə avqustda azərbaycanlılar tərəfindən 162 mənzil alınıb.

Qazet.az Türkiyənin Statistika Komitəsinə istinadən xəbər verir ki, azərbaycanlılar Türkiyədə 2021-ci ilin Yanvar ayında 68 mənzil, Fevral ayında 77 mənzil, Mart ayında 106 mənzil, Aprel ayında 131 mənzil, May ayında 47 mənzil, İyun ayında 164, İyul ayında 127 mənzil, Avqust ayında 138 mənzil, Sentyabr ayında isə 162 mənzil mənzil alıblar. Ötən ilin eyni aylarında say müvafiq olaraq 99, 90, 95, 35, 42, 70, 115, 154 və 183 mənzil olmuşdu. Azərbaycanlılar Türkiyədə mənzil alan xaricilər arasında 8-ci yerdədir. 

Azərbaycanlılar Türkiyədə 2016-da 610 mənzil, 2017-ci ildə 942 mənzil, 2018-ci ildə 1250 mənzil, 2019-cu ildə 1191 mənzil, 2020-ci ildə 1279 mənzil alıblar.

Azı 250 min dollarlıq daşınmaz əmlak alanlara vətəndaşlıq verilən Türkiyədə xaricilərə satış sentyabrda illik 25,8% artıb və 6 min 630 ədəd ilə rekord qırıb. Yanvar-sentyabr dövründə keçən ilin eyni dövrü ilə müqayisədə artım 43,2% olub. Türk lirəsinin dəyərdən düşməsi xaricilərə daşınmaz əmlak satışlarının artmasına səbəb olur.

Türkiyə hökumətinin azı 250 min dollarlıq daşınmaz əmlak satın alanlara vətəndaşlıq verilməsini nəzərdə tutan qanunu qüvvəyə mindikdən sonrakı 3,5 ildə xaricilər Türkiyədə cəmi 140 min 730 ədəd daşınmaz əmlak satın alıblar.