Azərbaycanlıların mahnısı Rusiyada 1-ci oldu
Maraqlı
12:42 01 dek, 2021
Bununla bağlı “Apple Music”in Mətbuat xidməti məlumat yayıb
“Apple Music”in Musiqi xidməti Rusiyada 2021-ci ilin ən populyar mahnısını açıqlayıb.
Qazet.az “Apple Music”in Mətbuat xidmətinə istinadən xəbər verir ki, ilin ən populyar mahnısı əslən azərbaycanlı olan HammAli & Navai-nin (Aleksandr Əliyev və Nəvai Bəkirov) “Ptiçka”sı olub.
Rusiyada ən populyar mahnıların ilk beşliyində, həmçinin “Snova ya napivayus” (SLAVA MARLOW), “Venera-Yupiter” (Vanya Dmitriyenko), “Siyay” (Ramil) və “Astronaut In The Ocean” (Masked Wolf) yer alıblar.