Bakı 16˚C Partly sunny w/ showers

"Azercell" abunəçilərinə ÇAĞIRIŞ: şübhəli ismarıclara reaksiya verməyin

Cəmiyyət 16:02 12 mar, 2022

 Bildiririk ki, müvafiq məzmun və saxta təkliflərin Azercell-ə heç bir aidiyyatı yoxdur

"Azercell" abunəçilərinə ÇAĞIRIŞ: şübhəli ismarıclara reaksiya verməyin

“Azercell Telekom” MMC abunəçilərini  “WhatsApp” tətbiqi, SMS və digər kanallar üzərindən göndərilən Azercell mobil nömrə satışı təkliflərinə, şübhəli məzmunlu keçidlərə və ismarıclara reaksiya verməməyə çağırır. Bildiririk ki, müvafiq məzmun və saxta təkliflərin Azercell-ə heç bir aidiyyatı yoxdur.

Yarana biləcək saxtakarlıq və dələduzluq hallarının qarşısını almaq üçün Azercell mobil nömrələrin əldə edilməsi üçün yalnız şirkətin rəsmi www.azercellim.com internet səhifəsinə, eləcə də Azercell Eksklüziv mağazaları və rəsmi diler şəbəkəsinə müraciət etməyi xahiş edir. Eyni zamanda şirkət öz abunəçilərindən şübhəli zənglərə və SMS-lərə cavab verməməyi, qeyri rəsmi internet saytlardan istifadə etməməyi tövsiyə edir.