Bakı 27˚C Mostly cloudy w/ showers

"Azəriqaz" cərimələndi

Gündəm 14:23 27 okt, 2021

"Azəriqaz" İstehsalat Birliyinə protokol tərtib edilib

"Azəriqaz" cərimələndi

"Azəriqaz" İstehsalat Birliyi barəsində inzibati qaydada protokol tərtib olunub.

Qazet.az xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə (Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə) əsasən tərtib edilən protokol baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib. İşə hakim Fərid Yaqubovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, sözügedən xətanın törədilməsinə görə hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.