“Azəriqaz”ın baş direktoru sualları cavablandıracaq
“Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası keçiriləcək
Sabah yanvarın 14-də, saat 11:00-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası keçiriləcək.
Qazet.az “Azəriqaz”a istinadən xəbər verir ki, bütün media və QHT mənsublarının üzünə açıq olacaq bu aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.
Aksiya zamanı ilin yekunlarına dair vacib faktlar açıqlanacaq. 2022-ci ildə görüləcək işlərlə bağlı mühüm məlumatlar veriləcək. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu və QHT nümayəndəsi bu tədbirə dəvətlidir. Suallar baş direktor Ruslan Əliyev tərəfindən cavablandırılacaq.