Bakı 3˚C Showers

"Azəriqaz" ötən il 1 000-ə yaxın işçisinə töhmət verib

Cəmiyyət 15:56 14 yan, 2022

Bunu qurumun baş direktoru Ruslan Əliyev “Açıq qapı” aksiyası çərçivəsində deyib

"Azəriqaz" ötən il 1 000-ə yaxın işçisinə töhmət verib

2021-ci ildə Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi yol verdiyi nöqsanlara görə 990 işçisinə töhmət verib.

Qazet.az xəbər verir ki, bunu qurumun baş direktoru Ruslan Əliyev “Açıq qapı” aksiyası çərçivəsində qeyri-hökumət təşkilatlarının və media nümayəndələrinin suallarını cavablandırarkən bildirib.

"Töhmət almış işçilərdən 125-nə sonuncu xəbərdarlıq edilib, 220-nin əmək haqqının 1/4-i tutulub. Əlavə olaraq 14 nəfər isə işdən çıxarılıb", - deyə o, qeyd edib.