Bakı 3˚C Showers

"Azəriqaz" ötən il qaz qəbulunu 12% artırıb

Cəmiyyət 13:54 14 yan, 2022

Bunu qurumun baş direktoru Ruslan Əliyev “Açıq qapı” aksiyası çərçivəsin deyib

"Azəriqaz" ötən il qaz qəbulunu 12% artırıb

2021-ci ildə Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi 7,52 milyard kubmetr təbii qaz qəbul edib.

Qazet.az xəbər verir ki, bunu qurumun baş direktoru Ruslan Əliyev “Açıq qapı” aksiyası çərçivəsində qeyri-hökumət təşkilatlarının və media nümayəndələrinin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, bu, 2020-ci illə müqayisədə 774 milyon kubmetr və yaxud 11,5% çoxdur.

"Ötənilki həcm əvvəlki illərlə müqayisədə ən çox qəbul edilmiş həcmdir. Bunun 5,43 milyard kubmetri əhaliyə, 2,1 milyard kubmetri isə sənaye müəssisələrinə satılıb", - deyə R.Əliyev qeyd edib.