"Azəriqaz" ötən il satdığı qazın 4 %-inin pulunu yığa bilməyib
Cəmiyyət
13:57 14 yan, 2022
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İB-in baş direktoru Ruslan Əliyev deyib
"Ötən il “Azəriqaz” İstehsalat Birliyi (İB) üzrə yığım göstəriciləri 96 % təşkil edib".
Qazet.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İB-in baş direktoru Ruslan Əliyev bu gün Birlikdə keçirilən “Açıq qapı” aksiyasında çıxışı zamanı bildirib.
"Nəzərə alsaq ki, ötən ilin dekabr ayının son sayğac göstəricisi bu il yanvar ayının 15-dən sonra məlum olacaq, bu, pis rəqəm deyil" - R.Əliyev əlavə edib.