Bakı 32˚C Partly sunny

“Azəriqaz” rəhbərliyi onlayn vətəndaş qəbulu keçirəcək

Gündəm 16:42 28 okt, 2021

Qəbula dair əlavə məlumat almaq istəyənlər İstehsalat Birliyinin Salyan Regional qaz istismarı İdarəsinə müraciət edə bilərlər

“Azəriqaz” rəhbərliyi onlayn vətəndaş qəbulu keçirəcək

Oktyabrın 29-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin rəhbər şəxsləri növbəti dəfə onlayn vətəndaş qəbulu keçirəcək.

Qazet.az-ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, Baş direktor Ruslan Əliyev İmişli rayonu, baş direktorun istismar üzrə müavini Cahid Hüseynov Neftçala rayonu, baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İsgəndərov Salyan rayon sakinləri ilə videoformatda görüşəcək.

Qəbula dair əlavə məlumat almaq istəyənlər İstehsalat Birliyinin Salyan Regional qaz istismarı İdarəsinə müraciət edə bilərlər.