“Azəriqaz” rəhbərliyinin növbəti canlı yayımı olacaq
Gündəm
14:22 04 yan, 2023
Yanvarın 5-i saat 15:00-da feysbuk və instaqram sosial şəbəkələri üzərindən “Azəriqaz” İB rəhbərliyinin növbəti canlı yayımı planlaşdırılır.
Qurumdan Qazet.az-a verilən məlumata görə, vətəndaşlar qaz təsərrüfatına dair istənilən sualla canlı yayımda müraciətlərini edə bilər.