“Azəriqaz” rəsmiləri Siyəzəndə sahibkarlarla görüşəcək
Cəmiyyət
17:30 25 sen, 2022
SOCAR “Azəriqaz” İstehsalat Birliyinin (İB) KOBİA ilə birgə “açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Siyəzən rayonunda görüşü təşkil olunacaq.
Bu barədə Qazet.az-a İstehsalat Birliyindən bildirilib.
Aksiya Siyəzən şəhəri, Heydər Əliyev prospekti, Mərkəzi Kitabxananın qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” sentyabrın 28-də saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. Təklif və problemlər aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.