Bakı 15˚C Sunny

“Azəriqaz” dan XƏBƏRDARLIQ: Bu şəxslər barədə ciddi tədbirlər görüləcək - VİDEO

Gündəm 19:10 14 dek, 2021

“Əfsuslar olsun ki, bəzi vətəndaşlar öz qanunsuz əməllərindən çəkinmirlər”

“Azəriqaz” dan XƏBƏRDARLIQ: Bu şəxslər barədə ciddi tədbirlər görüləcək - VİDEO

“Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları paytaxtın Xəzər və Sabunçu rayonlarında qaz xətlərinə xeyli sayda qeyri-qanuni birləşmə halları aşkar ediblər.

“Dəfələrlə abonentlərlə maarifləndirici söhbətlər aparılmasına baxmayaraq, əfsuslar olsun ki, bəzi vətəndaşlar öz qanunsuz əməllərindən çəkinmirlər”. 

Qazet.az xəbər verir ki, birliyin əməkdaşları tərəfindən əraziyə baxış keçirilən zaman sayğac olmadan qaz xəttinin rezin borular vasitəsi ilə birləşdirilməsi, sayğacın göstəricisinin geri çəkilməsi, pərakəndə şəkildə qaz xətlərindən istifadə halları müəyyən edilib.

Aşkarlanan bütün faktlar üzrə materiallar toplanılaraq tədbir görülməsi üçün aidiyyatı strukturlara təqdim edilib. “Azəriqaz” İB bir daha vətəndaşları qaz xətlərinə müdaxilə hallarından uzaq durmağa çağırır.