Bakı 9˚C Windy

“Azəriqaz” yeni nəsil sayğacların tətbiqinə başlayacaq

Gündəm 17:37 10 dek, 2021

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi yeni nəsil sayğacların tətbiqinə başlayacaq.

“Azəriqaz” yeni nəsil sayğacların tətbiqinə başlayacaq

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi yeni nəsil sayğacların tətbiqinə başlayacaq.

Qazet.az-a “Azəriqaz”dan məlumat verilib.

Bildirilir ki, yeni nəsil qaz sayğacları indiyədək tətbiq olunanlardan bir çox üstünlükləri ilə fərqlənəcək. Belə ki, sayğaca quraşdırılacaq xüsusi cihaz vasitəsi ilə insan faktoru olmadan, abonentlərlə Birlik əməkdaşlarının təması olmadan sərfiyyat və müdaxilələrə nəzarət imkanı olacaq.

Mərkəzləşdirilmiş sistem imkan verəcək ki, abonentlər ödənişlərini onlayn qaydada həyata keçirsin.