Bakı 29˚C Sunny

“Azəriqaz”da media nümayəndələri ilə növbəti görüş olacaq

Cəmiyyət 15:45 17 noy, 2022
“Azəriqaz”da media nümayəndələri ilə növbəti görüş olacaq

Sabah saat 11:00-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası başlayacaq.

Qazet.az-ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, aksiya zamanı media nümayəndələrinə “Azəriqaz”ın baş direktoru Ruslan Əliyev tərəfindən 10 ayın yekununa dair hesabat təqdim olunacaq.

Aksiya "Facebook" və "Instagram" sosial şəbəkələri üzərindən canlı yayımlanacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq.

Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.