"Azərişığ"ın iki əməkdaşını cərəyan vurdu: biri öldü
Hadisə
23:07 16 dek, 2022
!["Azərişığ"ın iki əməkdaşını cərəyan vurdu: biri öldü](https://qazet.az/resized/fit900x500/center/pages/132603/elektrik-florida.jpg)
“Azərişığ”ın iki əməkdaşını elektrik cərəyanı vurub, biri ölüb.
DİN-in Mətbuat Xidmətindən Qazet.az-a verilən məlumata görə, hadisə bu gün saat 15:45 radələrində qeydə alınıb.
"Azərişıq ASC"nin Ağdaş şəhəri ərazisindəki elektrik şəbəkəsinin inzibati binasının həyətyanı sahəsində təmir işləri görən əməkdaşları - 1986-cı il təvəllüdlü Elşən Mustafayev və 1983-cü il təvəllüdlü Ceyhun Nəbiyevi elektrik cərəyanı vurub.
C.Nəbiyev hadisə yerində ölüb, yanıq xəsarətləri alan E.Mustafayev xəstəxanaya yerləşdirilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.