Bakı 23˚C Windy

“Azərişıq”: “Cəlilabadın kəndlərində işıqla bağlı yaranmış problem həll olunub"-Video

Biznes 16:39 20 mar, 2022

Hazırda rayonun elektrik enerjisi təchizatı ilə bağlı problem yoxdur

“Azərişıq”: “Cəlilabadın kəndlərində işıqla bağlı yaranmış problem həll olunub"-Video

Cəlilabad rayonunda güclü qar səbəbindən elektrik naqillərində yaranan problem aradan qaldırılıb.

Bu barədə Qazet.az-a "Azərişıq" ASC-dən məlumat verilib.

Məlumatda deyilir ki, havanın qarlı və şaxtalı keçməsi nəticəsində Cəlilabadın bir neçə kəndində elektrik enerjisinin təchizatında qısa müddətli fasilə yaranıb. Hadisədən dərhal sonra qəza xidməti əraziyə yollanıb və qəzanın nəticələrini aradan qaldırıb.

Hazırda rayonun elektrik enerjisi təchizatı ilə bağlı problem yoxdur.

Xatırladaq ki, ötən gündən başlayaraq Cəlilabad rayonunun ucqar kəndlərinə güclü qar yağması səbəbi ilə Cəlilabadın bir neçə kəndində elektrik enerjisinin təchizatında qısa müddətli fasilə yaranıb.