Bakı 9˚C Intermittent clouds

"Azərişıq" Qarabağda 60 min hektar faydalı torpaq sahəsinə qənaət edəcək

Cəmiyyət 17:28 15 sen, 2021

Müasir texnologiyaların tətbiqindən istifadə olunacaq

"Azərişıq" Qarabağda 60 min hektar faydalı torpaq sahəsinə qənaət edəcək

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində “ağıllı şəbəkə” konsepsiyası üzrə müasir, dayanıqlı, ikipilləli 110/35 kilovoltluq şəbəkələrin iqtisadi əsaslandırması həyata keçirilib.

Qazet.az xəbər verir ki, bunu "Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Bakının Xəzər rayonunda yeni tikilmiş 110/35/10 kilovoltluq “Buzovna-1” yarımstansiyasının açılışında Prezident İlham Əliyevə mərazə edib.

"Ənənəvi şəbəkələrlə müqayisədə bu tip şəbəkələrdə elektrik təchizat sxemi sadələşir, etibarlılıq və rentabellik dəfələrlə artır, 6 il tikinti müddətinə, layihələndirmə və sənədləşdirmə vaxtına, 60 min hektardan çox faydalı torpaq sahəsinə qənaət edilir. Müasir şüşə lifli, kompozit materialdan hazırlanmış dayaqlar quraşdırılır ki, onlar da sərt iqlim və istismar şəraitinə dözümlü olmaqla yanaşı, daha az xərc tələb edir. Beləliklə, müasir texnologiyaların tətbiqi nəticəsində elektrik təchizatı şəbəkəsinin dayanıqlığı artırılaraq böyük miqdarda maliyyə vəsaitinə qənaət olunacaq", - deyə o, qeyd edib.