“Azərpoçt” bayram günlərində işləyəcək
Regionlardakı Müştəri Xidməti şöbələri saat 10:00-dan 17:00-a qədər vətəndaşlara xidmət göstərəcək
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus Azərpoçt MMC 8 noyabr - Zəfər Günü və 9 noyabr Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq növbəli iş rejimində vətəndaşlara xidmət göstərəcək.
Bu barədə Qazet.az-a şirkətdən bildirilib.
Məlumata görə, bayram günlərində Bakıda yerləşən Mərkəzi Poçt Şöbəsi saat 09:00-dan 18:00-a, 2 saylı poçt filialının 63 (MXŞ) saylı poçt şöbəsi saat 10:00-dan 17:00-a, 124, 138, 144 saylı poçt şöbələri saat 09:00-dan 17:00-a, 3 saylı poçt filialının 2(MXŞ), 40 saylı poçt şöbələri saat 10:00-dan 17:00-a, 4 saylı poçt filialının 44 (Şəbəkə) saylı poçt şöbəsi saat 09:00-dan 17:00-a qədər işləyəcək. Regionlardakı Müştəri Xidməti şöbələri saat 10:00-dan 17:00-a qədər vətəndaşlara xidmət göstərəcək.
Adi günlərdə olduğu kimi, bayram günlərində də poçt şöbələrində əhaliyə poçt xidmətlərinin göstərilməsi – teleqramlar, məktublar, banderollar, bağlamalar, xüsusilə də bayram təbrikləri, əsgər göndərişləri, eləcə də pul köçürmələrinin qəbulu, kommunal xidmət haqlarının yığılması təmin ediləcək.