“Azərpoçt”un şöbə rəisi külli miqdarda mənimsəmədə ittiham olunur
Hadisə
12:38 01 dek, 2021
Cinayət işi hakim Cavid Hüseynovun icraatına verilib
“Azərpoçt” MMC-nin 6 saylı Poçt Filialının Müştəri xidmətləri şöbəsinin rəisi barəsində cinayət işi başlanılıb.
Qazet.az APA-ya istinadən xəbər verir ki, şöbə rəisi Əhmədov Eldar Camal oğlu külli miqdarda mənimsəmədə ittiham olunur.
Onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.
E.Əhmədov barəsində aparılan ibtidai istintaq başa çatıdılıb. İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Cavid Hüseynovun icraatına verilib.