"Azərsu" ASC-yə zənglərin qəbulunda müvəqqəti fasilə yaranıb
Biznes
17:35 30 noy, 2022
Texniki problemlərlə əlaqədar "Azərsu" ASC- nin 955 Zəng Mərkəzinə edilən zənglərin qəbulunda müvəqqəti fasilə yaranıb.
Qazet.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
"Hazırda problemin aradan qaldırılması istiqamətində işlər aparılır. Yaranmış narahatlığa görə abonentlərdən üzr istəyirik", - deyə qurum bəyan edib.