"Azərsu" sərhədyanı kəndlərin içməli su təminatını yaxşılaşdıracaq
Gündəm
16:24 21 sen, 2022

"Azərsu" ASC Tovuz, Ağstafa və Qazax rayonlarının sərhədyanı kəndlərinin içməli su təminatının yaxşılaşdırılması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Qazet.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “T.T.Ş. İnşaat” MMC-dir.
Qalib şirkətə 23,741 milyon manat ödəniləcək.