Bakı 12˚C Sunny

“Azərsu”: “Su kəmərində baş vermiş qəza əhalinin su ilə təchizatına ciddi təsir göstərməyəcək”

Cəmiyyət 10:36 15 okt, 2022
“Azərsu”: “Su kəmərində baş vermiş qəza əhalinin su ilə təchizatına ciddi təsir göstərməyəcək”

Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində baş vermiş qəza nəticəsində əhalinin fasiləsiz içməli su ilə təchizatına ciddi təsir göstərməyəcək.

Qazet.az xəbər verir ki, bunu “Report”a açıqlamasında “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Anar Cəbrayıllı məlumat verib.

Onun sözlərinə görə, hazırda bu xətti üzrə “Azərsu” ASC-nin iki xətti fəaliyyət göstərir: “Digər magistral xətt üzrə dayanıq və fasiləsi su təminatı təmin edilir. Hazırda Bakı-Qazax avtomagistralında hərəkətin tam bərpa olunması üçün Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi," Azərsu" ASC birlikdə tədbirlər görür”.

Xatırladaq ki, magistral su kəmərinin Qaradağ rayonu ərazisində (Qaz Emalı Zavodunun yaxınlığı) gecə saatlarında baş vermiş qəza nəticəsində ətraf əraziləri, o cümlədən Bakı-Qazax avtomagistralını subasma halı baş verib.