Bakı 30˚C Sunny

AZPROMO: “Qarabağa dair Macarıstan şirkətlərindən 60-dan çox müraciət var”

Biznes 16:16 03 fev, 2022

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri vəzifəsini müvəqqəti icra edən Yusif Abdullayev bildirib

AZPROMO: “Qarabağa dair Macarıstan şirkətlərindən 60-dan çox müraciət var”

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində biznes qurmaqla bağlı Macarıstan şirkətlərindən 60-dan çox müraciət daxil olub”.

Qazet.az xəbər verir ki, bunu Azərbaycan və Macarıstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 8-ci iclasından sonra təşkil edilmiş brifinqdə İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini müvəqqəti icra edən Yusif Abdullayev bildirib.

“Qarabağla bağlı sahibkarlıq müraciətlərin sayı 1 000-ə çatıb. Bunun 300-dən çoxu xaricdən daxil olub. Macarıstandan olan müraciətlər arasında həm investisiya qoyuluşu, həm də podrat layihələrinə aid müraciətlər var. Real olaraq isğaldan azad edilmiş ərazilərlə bağlə 10 investisiya layihəsi hazırlanıb”, - deyə o, qeyd edib.